AZ

Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov AQDİM İdarə Heyətinin sədri Fuad Rəsulovu qəbul edib

Avqustun 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM)  İdarə Heyətinin sədri Fuad Rəsulovu qəbul edib. Görüş zamanı tərəflər ölkədə könüllü qan donorluğunun təşviqi, humanitar əməkdaşlıq və ictimai səhiyyənin gücləndirilməsi istiqamətində görüləcək gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qızıl Aypara Cəmiyyətinin Prezidenti Fuad Rəsulovun bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək ona Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Fərmanını təqdim edib. 

Tədbir çərçivəsində Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin nümayəndələri də çıxış edərək iki qurum arasında mövcud əməkdaşlığın uğurlarından danışıblar. Onlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun Mərkəzin fəxri üzvü seçilməsini vurğulayıblar.

Görüş qarşılıqlı təşəkkür və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Seçilən
25
3
xalqqazeti.az

4Mənbələr