AZ

İstanbulda çeçen gəncin başına torba keçirilmiş meyiti TAPILDI – FOTO

İstanbulda çeçen gənc başına zibil torbası keçirilmiş halda ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İyulun 28-də Sarıyerdə meşədə başına qara zibil torbası keçirilmiş meyiti tapılan Rusiya vətəndaşı 20 yaşlı Usman Əmriyevin çeçen olduğu üzə çıxıb.

Yanında mərhumun şəxsi əşyaları olub, bunlar: yapışqan lent, mobil telefon, İstanbul nəqliyyat kartı, qayışlı qara çantada pul və müxtəlif əşyalar olub.

Respublika prokuroru tərəfindən müayinə olunduqdan sonra boğularaq öldürüldüyü ehtimal edilən şəxsin meyiti Məhkəmə Tibbi Ekspertizasının morquna aparılıb.

Usmanın başında torba vardı, əlində kompüterdə yazılmış qeydi sıxmışdı. Qeyddə rus dilində mətn, həmçinin ərəb dilində 153-cü ayə olan Bəqərə surəsi var idi.

Qeyddə deyilir:

“Sə hüme nana (Əziz anam), inşallah bu sözlər sənə çatmaz. Çünki mənə böhtan atacaqlar, inanma. Əgər bu məktub sənin əlinə düşsə, deməli, mən ölmüşəm.

And içirəm ki, sadəcə haqqı axtarırdım, amma hamısı boşuna idi”.

Qeyd Qurani-Kərimin Bəqərə surəsinin 153-cü ayəsi ilə davam edib və ərəb dilində deyilir:

“Ey iman gətirənlər! Səbir və namazla kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir”.

Usman Amriyev üç il əvvəl Türkiyəyə təhsil almağa gəlib.

Məlum olub ki, Əmriyev Kütahyadakı dövlət universitetində yarım semestr təhsil aldıqdan sonra daha sonra İstanbulda özəl universitetdə təhsil almağa başlayıb.

Əldə edilmiş tapıntılar əsasında işin istintaqı dərindən davam etdirilir. Polis qrupları hadisənin intihar və ya qətl olub-olmamasını bütün tərəfləri ilə araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr