PSJ-dən ayrılığı gündəm olan Cianluici Donnarummaya növbəti Premyer Liqa klubu elçi düşüb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə "Çelsi"nin yaxından maraqlandığı italiyalı qapıçı artıq "Mançester Yunayted"in də transfer hədəflərində yer alır.
Andre Onananın oyunundan narazı qalan Ruben Amorim 26 yaşlı qolkiperi heyətində görmək istəyir.
Oyunçunun qarşıdakı günlərdə PSJ rəhbərliyi ilə görüşərək gələcəyi haqda yekun qərar verəcəyi bildirilir.
Qeyd edək ki, ilk başda Donnarumma ilə "Qalatasaray" maraqlansa da, italiya millisinin üzvü Super Liqada oynamaq istəmədiyindən "cimbom"un təklifini geri çevirmişdi.
"Qalatasaray" Osimhendən sonra Edersonu da İstanbula gətirir - Detallar
Brahim Diaz "Fənərbaxça"ya keçir?
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri bəlli olub
“Fənər” “Latsio”nu məğlub etdi