AZ

Raketlər bir birini əvəzləyir, zərəri atmosfer görür

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Ozon təbəqəsinə zərər verir" deyə avtomobilləri dəyişdirməyə çağıran və heyvan fermalarını hədəfə alan bəzi alimlər, indi də kosmosa çıxmaq üçün yandırılan böyük miqdarda yanacağın yaratdığı qazlardan narahatdır. 

Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər hesab edir ki, qlobal miqyasda sürətlə artan raket buraxılışları, həyati əhəmiyyət daşıyan ozon təbəqəsinin bərpasını ləngidə bilər.

Raket buraxılışlarında böyük sıçrayış

Bir zamanlar ildə sadəcə bir neçə dəfə raket buraxıldığı dövrdən, indi isə demək olar ki, hər gün bir neçə raketin kosmosa göndərildiyi dövrə keçid baş verib. Dünyanın səması artıq saysız-hesabsız peyklə örtülüb və raketlər bir-birini əvəzləyir.

Alimlərə görə, raketlərin buraxılışı zamanı atmosferin orta qatlarına atılan çirkləndirici maddələr, Yer üzərindəki həyatı zərərli ultrabənövşəyi (UV) şüalardan qoruyan ozon təbəqəsinə zərər verə bilər. İndiyədək inək fermalarındakı qaz tullantılarının ozona təsiri müzakirə olunurdusa, indi hədəf İlon Mask kimi kosmik texnologiya liderləri ola bilər.

Raket emissiyaları atmosferdə uzunmüddətli qalır

Raket tullantılarının ozon təbəqəsinə təsiri ilə bağlı tədqiqatlar artıq 30 ildən çoxdur aparılır, lakin bu təsirlər uzun müddət önəmsiz sayılırdı. Lakin buraxılışların sürətlə artması ilə bu baxış dəyişməyə başlayıb. 2019-cu ildə dünyada cəmi 97 raket buraxılmışdısa, 2024-cü ildə bu rəqəm 258-ə çatıb. 2025-ci ildə bu sayın daha da artacağı gözlənilir. Hal-hazırda gün ərzində 2–3 raket buraxılması adi hala çevrilib.

Gündə 3–5 raket dövrü yaxındır

2026-cı ildən sonra isə insanlıq, sanki "ləbləbi-çəyirdək" kimi raket buraxmağa başlayacaq. Üstəlik, müharibələr nəticəsində atılan silahlı raketlər bu statistikaya daxil deyil.

Orta və yuxarı atmosfer qatlarında, raketlərdən yayılan qazlar buludların yaratdığı təmizləyici proseslərin olmaması səbəbilə, yer səthindən çıxan qazlara nisbətən 100 dəfə uzun müddət atmosferdə qala bilir. Çoxu Şimal Yarımkürəsində buraxılsa da, atmosferin dövriyyəsi bu çirkləndiriciləri bütün Yer kürəsinə yayıb, ozon təbəqəsinin incəlməsinə səbəb ola bilir.

Elm dünyası artan raket buraxılışlarından narahatdır

Bu səbəbdən, elm insanları artıq yalnız avtomobil və ya kənd təsərrüfatı emissiyalarından deyil, eyni zamanda kosmosa çıxmaq üçün istifadə olunan raket sistemlərindən də ciddi narahatlıq duyurlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
qaynarinfo.az

1Mənbələr