AZ

Maliyyə sıçrayışı, sevgi yenilənməsi və sürprizlər – 1 Avqust tarot kartları açıldı

1 Avqust tarixli tarot kartları, günə emosional, zehni və ruhi enerjilər baxımından bələdçilik edir. Bəs, bu günün kartları bizə nə mesaj verir? Sevgi, iş və münasibətlər sahəsində hansı burcları hansı təsirlər gözləyir? 

Yenisabah.az “Bu gün kartlar nə deyir?” sualının cavablarını təqdim edir.

Bu gün tarot kartları duyğuların güclənəcəyini, yaradıcı enerjilərin artacağını və insan münasibətlərinin ön plana çıxacağını göstərir. Dominos pizza

Qoç bürcü - Tarot kartlarına görə Qoç bürcü üçün bu gün xüsusi uğurlar vəd edir. Maliyyə və ya beynəlxalq sektorda çalışanlar üçün sürətli nailiyyət ehtimalı yüksəkdir. Əməkləriniz təqdir olunacaq və bu da sizə böyük hörmət qazandıracaq. Çətinlikləri belə rahatlıqla aşacağınız bir gündür. İnvestisiyalardan qazanc əldə edə bilərsiniz.

Buğa bürcü - Uzun müddətdir davam edən məsələlərdə rahatlıq müşahidə olunur. Xüsusilə hüquqi proseslərdə müsbət nəticələr əldə edə bilərsiniz. Yüksək vəzifəli şəxslərdən dəstək alaraq böyük layihələrə başlaya bilərsiniz. Maddi baxımdan da şanslı gündür. Xeyriyyə işlərinə yönəlik xərcləriniz arta bilər.

Əkizlər bürcü - Əmək məhsuldarlığı artır. İş yoldaşlarınızdan dəstək alaraq tapşırıqlarınızı vaxtında yerinə yetirəcəksiniz. Ruhən mənəviyyata yönəlmə ehtimalınız yüksəkdir. Xüsusilə tibb və ya elmi tədqiqat sahəsində çalışanlar üçün məhsuldar gündür.

Xərçəng bürcü - Ailə və iş həyatında balans qurmaq mümkündür. Ortaqlı işlərdə münasibətləri yaxşılaşdırmaq üçün münasib zamandır. Kiçik problemlər asanlıqla həll edilə bilər. Pul qazanmaq baxımından gün müsbət enerjilər daşıyır.

Şir bürcü - Yeni planlara başlamaqda müəyyən çətinliklər yaşana bilər. Rəqibləriniz tərəfindən maneələrlə qarşılaşa bilərsiniz, lakin səbriniz sayəsində hər şeyin öhdəsindən gələcəksiniz. Maddi baxımdan uyğun gündür. Kredit üçün müraciət edənlər yaxşı xəbər ala bilər. Ağıllı davransanız, bütün problemləri həll edə bilərsiniz.

Qız bürcü - Bu gün ailənizə daha çox vaxt ayıra bilərsiniz. Evdən çalışanlar üçün konfortu artırmaq imkanı yaranacaq. Pul baxımından şanslısınız, lakin evin dizaynına və bəzədilməsinə görə əlavə xərclər ola bilər.

Tərəzi bürcü - Bu gün uğurlar və yüksəlişlər sizi gözləyir. İş yerində təzyiq hiss etməyəcək, çətin işlərin öhdəsindən gələcəksiniz. Maddi baxımdan çox bərəkətli gündür. Gəlirinizdə artım ola bilər.

Əqrəb bürcü - Əmlakla bağlı ailədaxili bir mübahisə həll olunacaq. Marketinq sahəsində çalışanlar üçün səfər imkanları ola bilər və bu da işinizi inkişaf etdirməyə yardım edəcək. Ailə və cəmiyyətdə nüfuzunuz artacaq. Maddi qazanca dair də güclü əlamətlər görünür.

Oxatan bürcü - Maddi çətinliklərdən qurtulmaq üçün vacib addımlar ata bilərsiniz. Lazımsız xərcləri azaltmaqda müvəffəqiyyətli olacaqsınız. Köhnə yatırımlarınızı yenidən nəzərdən keçirmək üçün ideal gündür. Ağıllı planlaşdırma ilə maliyyə durumunuzu sabitləşdirə bilərsiniz.

Oğlaq bürcü - İş yükündən dolayı yorğunluq və ya xırda sağlamlıq problemləri yarana bilər. Günlük həyatınızda nizam-intizam qurmaq vacib olacaq. Xarici əlaqəli işlərdə çalışanlar üçün qazanc ehtimalı yüksəkdir. Sosial baxımdan bir qədər geri planda qalmaq faydalı ola bilər.

Dolça bürcü - Bu gün Dolça bürcü üçün maliyyə planlaması ön planda olacaq. Xüsusilə övladlarla bağlı xərclər gündəmə gələ bilər. İşdə bir qədər geri planda olsanız da, məhsuldar olacaqsınız. İnvestisiya planı qurmaq istəyirsinizsə, diqqətli və strateji addımlar vacibdir.

Balıqlar bürcü - Balıqlar üçün çox uğurlu gündür. Sosial əlaqələrdən fayda görəcəksiniz. Ailə böyüklərinin təcrübəsindən yararlana bilərsiniz. Proqram təminatı və texnologiya sahəsində çalışanlar üçün uğur və təqdir var. Gəlir baxımından da məhsuldar gündür.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr