AZ

Sabah ın bir əsrdən çox yaşı olan rəqibi: Levski ikinci dəfə Bakıya gələcək TANITMA

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubu 1914-cü ildə yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 111 yaşlı komanda 26 dəfə ölkə çempionatının, eyni sayda isə kubokunun qalibi olub.

Lisey tələbəri tərəfindən qurulan klub üç ildən sonra rəsmi qeydiyyatdan keçə bilib. Komanda ev oyunlarını 17 min 688 azarkeş tutumuna malik Georgi Asparuhov adına stadionda keçirir. "Levski"nin səhmlərinin 86,6 faizi Bolqarıstan millisinin sabiq futbolçusu Nasko Sirakova məxsusdur.

Hazırkı baş məşqçi ispan Xulio Velaskesdir. Heyətdə yerli oyunçular üstünlük təşkil edir. Bundan əlavə, kollektivdə Portuqaliya, Braziliya, Belçika, Fransa, Slovakiya və Sloveniyadan olan legionerlər də var.

Klub müxtəlif vaxtlarda avrokuboklarda adından söz etdirib. Sofiya təmsilçisi 1975/1976 və 2005/2006 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) 1/4 finalına kimi irəliləyib. Komanda 1969/1970, 1976/1977 və 1986/1987 mövsümündə UEFA Kuboklar Kubokunda bu mərhələyədək yüksəlib.

"Levski" daha əvvəl avrokuboklarda Azərbaycan təmsilçiləri ilə bir dəfə qarşılaşıb. Bu, 2009/2010 mövsümünə təsadüf edib. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında Bakıda rəqibi ilə qolsuz heç-heçə edən "Bakı" səfərdə 2 cavabsız qolla məğlub olub.

Bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) komandasını penaltilər seriyasında (ilk oyun - 0:0, cavab oyunu - 1:1) məğlub edən "Levski" növbəti raundda Portuqaliyanın "Braqa" kollektivinə əlavə vaxtda uduzub - 0:0, 0:1.

Qeyd edək ki, "Sabah" "Levski" ilə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
baku.ws

3Mənbələr