AZ

Skuterlə qəzaya düşərək ölən Ülviyyə tələbə imiş

Xəbər verdiyimiz kimi,  iyulun 30-da Bakının Nəsimi rayonu ərazisində avtomobilin skuteri vurması nəticəsində 1 nəfər ölüb. Qəza zamanı skuteri idarə edən 20 yaşlı Ülviyyə Əhmədova həyatını itirib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Ü.Əhmədova tələbə imiş. O, Azərbaycan İdman Akademiyasının "Üzgüçülük" ixtisası üzrə 3-cü kursda təhsil alırdı.

Xatırladaq ki, mərhum eyni zamanda “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü idi. O, yelkən idman növü ilə məşğul olub və müxtəlif uğurlar qazanıb.

Seçilən
5
5
avtosfer.az

7Mənbələr