AZ

Azərbaycan dili xalqımızın milli sərvətidir

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mühüm tərkib hissəsi olan ana dilimiz, tarix boyu xalqımızın mədəni və intellektual inkişafında müstəsna rol oynamışdır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir".Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Millət vəkili xatırladıb ki, 1992-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi:"2001-ci il avqustun 1-də isə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdı və bu tarix Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmiləşdirildi".Deputat, "Bu əlamətdar gün münasibətilə hər kəsi ana dilimizi qorumağa, zənginləşdirməyə və gələcək nəsillərə layiqincə ötürməyə çağırırıq.Azərbaycan dili – xalqımızın milli sərvətidir",-deyə vurğulayıb.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
newscenter.az

2Mənbələr