Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, iyulun 31-də keçirilən tədbirlər nəticəsində paytaxt və müxtəlif rayonlarda 6 avtomat silahı, 2 tapança, 8 tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
DOĞRU.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.