AZ

Mingəçevirdə “Rektorun fəxri təqaüdü”ndən əlavə digər adlı təqaüdlərin verilməsi nəzərimizdədir Qurban Qurbanzadə

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bildiyimiz kimi Mingəçevir Dövlət Univeritetində (MDU) ilk dəfə “Rektorun fəxri təqaüdü” təsis olunub və bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu haqda MDU öz şəxsi “facebook” səhifəsində paylaşıb.

Mingəçevir Dövlət Universitetində tələbələrin uğurlarını təşviq etmək və sosial dəstək mexanizmlərini gücləndirmək məqsədilə mühüm addım atılıb.

MDU-nun Elmi Şurasının 2025-ci il 5 iyul tarixində Şəki şəhərində keçirilən iclasında qəbul edilmiş qərara əsasən, akademik göstəriciləri ilə fərqlənən, eləcə də sosial həssas qrupa aid olan tələbələrin dəstəklənməsi üçün yeni təqaüd proqramı təsis edilib. Buna uyğun olaraq universitetin rektoru Anar Eminovun 21 iyul tarixində imzaladığı müvafiq əmrə əsasən 2024/2025-citə tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə əsasən dövlət təqaüdü almayan, lakin fakültələr üzrə ən yüksək nəticə göstərən 30 bakalavriat tələbəsi və 5 magistrant birdəfəlik 500 manat məbləğində “Rektorun fəxri təqaüdü”nü alacaqlar.

Təqaüd alan tələbələrin müəyyənləşdirilməsi zamanı onların imtahan sessiyası üzrə ümumi akademik nəticələri, təqaüd şərtlərinə uyğunluğu və dövlət təqaüdü almamaları əsas meyar kimi götürülüb.

Yeni təqaüd proqramı universitetdə tələbəyönümlü idarəetmə prinsiplərinin tətbiqinə və təhsilalanların motivasiyasının artırılmasına yönəlib.

Bu xəbər ictimaiyyət arasında çox böyük alqışla qarşılandı, tələbələr arasında da sevindirici bir xəbər oldu. Bir təhsil müəssisəsində fərqlənən tələbələrə xüsusi təqaüdün verilməsi digər tələbələrin də sağlam rəqabətinə stimul verəcək. Bu da universitetin təhsil keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

İrəlidə başqa nə yenilik olacaq? Bu qayda nəticəsi yüksək olan qiyabi oxuyan tələbələrə aid olacaqmı? Bu halda onları nə gözləyir?

Məsələ ilə bağlı Gununesi.info-ya danışan Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə bildirib ki, Universitet rəhbərliyi olaraq tələbələrin bilik və bacarıqlarını inkişaf etdirmək marağındayıq:

“Mingəçevir Dövlət Universiteti tərəfindən atılmış bu addım birbaşa tələbələr arasında təhsilə olan marağın artırılması, stimul yaratmağa xidmət edir. İstər bilik, istərsə də bacarıq baxımından çox istedadlı tələbə və magistrantlarımız var. Universitet rəhbərliyi olaraq da onların bu bilik və bacarıqlarını inkişaf etdirmək marağındayıq. “Rektorun fəxri təqaüdü”ndən əlavə digər adlı təqaüdlərin verilməsi nəzərimizdədir. İrəliləyən zamanlarda bununla bağlı açıqlama verəcəyik”.

Qurban Qurbanzadə vurğulayıb ki, tələbələrin xarici dil biliklərinin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür:

“Həmçinin tələbələrin istehsalat təcrübəsinə göndərilməsi, tədris materialları və fənn sillabuslarının, xarici dil biliklərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Mingəçevirdən “Azərbaycan İES” MMC, Azəralüminium MMC-nin Gəncə İstehsalat Müəssisəsi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Psixologiya Elmi-Tətqiqat İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Job in Global” MMC, Kembric Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi ITAC Akademiya və bir sıra digər müəssisə və təşkilatlarla yeni əməkdaşlıqlar başlandı. Bunlar da birbaşa əvvəl qeyd etdiyim məqsədlərə xidmət edir.

Tək elə turizm istiqamətində olan ixtisaslarımız üzrə təhsil alacaq tələbələrimizlə bağlı deyə bilərəm ki, qardaş ölkə Türkiyədə ödənişli (maaş alaraq) təcrübə proqramında iştirak edəcəklər.

Hər bir proses mərhələli şəkildə həyata keçirilir və ictimaiyyətə məlumat verilir”.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
icma.az

1Mənbələr