AZ

“Ukraynasız Rusiya sıradan bir Asiya dövlətidir” POLİTOLOQ

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

“Ukraynasız Rusiya sıradan bir Asiya dövlətidir, amma Ukrayna ilə birlikdə dünya gücü olmaq iddiasını daşıyır”.

Bunu Gununsesi.info-ya Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Rusiya-Ukrayna münsibətlərini şərh edərkən deyib:

“Lakin indiki vəziyyətdə Ukrayna artıq dağıdılıb, iqtisadiyyatı və şəhərləri məhv edilib. Bu hal Rusiyaya kömək etməyəcək, əksinə, ciddi çətinliklər yaradacaq. Rusiyanın orada nəzarəti təmin etmək üçün bölgəni bərpa etməsi, yenidən qurması və iqtisadiyyatını canlandırması lazım gələcək ki, bu da onun üçün böyük yükdür. Hazırda Rusiya sanksiyalardan ciddi şəkildə əziyyət çəkir”.

Politoloqun fikrincə Rusiya paralel olaraq Ukraynada öz ərazi nəzarətini genişləndirməyə davam edir və danışıqlara isti yanaşmır:

“Avropa isə Rusiyanın Ukraynanı işğal etməsini özünə təhlükə hesab edir. Bu səbəbdən Rusiyaya qarşı 20-yə yaxın sanksiya paketi tətbiq edilib və bundan sonra da əlavə sanksiyalar gözlənilir. Lakin bunların Rusiyanı tutduğu yoldan döndərəcəyinə inam yoxdur.

Bölgədə davam edən müharibə Rusiyanın daxili iqtisadiyyatına və beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Ukrayna münaqişəsi həmçinin Rusiyanın enerji bazarındakı mövqeyini zəiflədib və uzunmüddətli perspektivdə ölkənin gəlirlərini azalda bilər. Bu isə Rusiyanı strateji və iqtisadi baxımdan daha da təcrid olunmuş vəziyyətə sala bilər”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr