AZ

İspaniya “Patriot” raketlərinin komponentlərinin istehsalı ilə bağlı danışıqlara başlayıb

İspaniya öz ərazisində ABŞ-nin “Patriot” raketlərinin komponentlərinin istehsalını yerləşdirmək üçün müəssisələrlə danışıqlara başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Mundo” qəzeti “Raytheon” şirkətindəki mənbələrə istinadən yazır.

"İspaniyanın Müdafiə Nazirliyi ilə ABŞ-nin “Raytheon” korporasiyası arasında bu raketlərin komponentlərinin regionda istehsalının artırılması haqqında əldə olunmuş ilkin razılaşma sayəsində Madrid “Patriot” raketləri proqramına sənaye töhfəsini əhəmiyyətli dərəcədə artırmağa yaxındır", - nəşr bildirib.

Müqavilə “Feindef” müdafiə sərgisində imzalanıb və İspaniya sənayesinin “Patriot” hava hücumundan müdafiə proqramında iştirakının genişləndirilməsini nəzərdə tutur.

“Raytheon” artıq yerli şirkətlərlə danışıqlar apardığını və yeni birgə layihələrin reallaşdırılması imkanını nəzərdən keçirdiyini təsdiqləyib.

Seçilən
8
1
report.az

2Mənbələr