AZ

Qlobal bazarlar 15:30-a KİLİTLƏNDİ

ABŞ Prezidenti Donald Trampın yeni gömrük tarifləri qərarı qlobal bazarlarda gərginliyi artırıb. İnvestorlar bu gün Bakı vaxtı ilə saat 15:30-da açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı sektoru xaric məşğulluq göstəriciləri və PMI indekslərini yaxından izləyir.

News24.az xəbər verir ki, qeyd olunan məlumatlar, ABŞ Federal Ehtiyat Sisteminin (FED) mümkün faiz qərarlarına təsir edə bilər. İndi bazarlar üçün əsas sual budur: FED faiz endirimini davam etdirəcək, yoxsa dayanacaq?

Tramp imzaladığı fərmanla Hindistan, Kanada, İsrail və digər ölkələrdən idxal olunan bəzi məhsullara 10%-dən 41%-ə qədər yeni tariflər tətbiq edib. Bu qərarın qlobal ticarət və qiymət sabitliyinə necə təsir edəcəyi hələlik bəlli deyil.

FED sədri Cerom Pauell isə tariflərin inflyasiyaya təzyiqləri artırdığını və ehtiyatlı qərarların vacibliyini vurğulayıb.

Xeyrənsə Piriyeva

Seçilən
72
news24.az

1Mənbələr