AZ

BMT: İsrailin Qəzzədə “təhlükəsiz” kimi göstərdiyi yollar əslində təhlükəlidir

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Farhan Haq gündəlik mətbuat konfransında Qəzzədəki vəziyyətlə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, O bildirib ki, bölgədə yaşayış yerlərinə edilən hava hücumları ailələri məhv edib, ərzaq və əsas ehtiyaclarını ödəməyə çalışan mülki şəxslər arasında isə çox sayda ölən və yaralanan var.

Haq qeyd edib ki, BMT İsrail rəsmilərinin "təhlükəsiz” adlandırdığı yollardan humanitar yardım çatdırmağa çalışır, lakin həmin marşrutlarda həm yardım işçiləri, həm də mülki vətəndaşlar ciddi təhlükələrlə qarşılaşırlar.

O əlavə edib ki, İsrailin humanitar əməliyyatlara tətbiq etdiyi məhdudiyyətlər davam edir. Ötən həftə BMT-nin planlaşdırdığı 92 yardım missiyasından cəmi 47 faizinə icazə verilib.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
azxeber.com

1Mənbələr