Ukrayna Müdafiə Nazirliyinin keçmiş məmuru Ukrayna Silahlı Qüvvələri üçün alış-veriş zamanı 1 milyard qriven (24 milyon dollar) mənimsədiyinə görə saxlanılıb.
Hafta.as xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilir ki, məlumat Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidmətindən verilib. Məlumata görə, 2022-ci ilin mart-dekabr ayları ərzində Ukrayna Silahlı Qüvvələri üçün ərzaq alınmasına ayrılmış 1 milyard qrivendən çox (təxminən 24 milyon dollar) mənimsənilmə halı ifşa edilib.
İş materiallarına görə, qanunsuz fəaliyyətdə Ukrayna Müdafiə Nazirliyinin departamentlərindən birinin keçmiş rəhbərinin əli olub, onun adı açıqlanmır.
Ukrayna Silahlı Qüvvələrindən iddia olunur ki, 2022-ci ilin yazında məmur özəl şirkətlə ərzaq məhsullarının topdansatış şəkildə alınması və onların Ukrayna Silahlı Qüvvələrinə tədarükü üçün müqavilə bağlayıb. Eyni zamanda, məhsulların öz maya dəyəri süni şəkildə 41%, çatdırılmasının təşkili üçün qiymət isə 221% artırılıb. Həmin şəxsə artıq "Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda əmlakı mənimsəmə və ya ələ keçirmə" maddəsi ilə ittiham irəli sürülüb. Onu əmlakı müsadirə olunmaqla 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.