AZ

Arif Babayev kimi insanlar bu dünyaya, sənətə yüz ildə bir dəfə gəlir XALQ ARTİSTİ DANIŞDI

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vallah nə deyə bilərəm. Azərbaycan Muğamının əvəzsiz sütunu getdi. Daha bir sənətkarımız, ulduzumuz biz sevənlərini qoyub bu dünyadan getdi". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, Arif Babayev muğamımızın böyük sütunlarından idi: "Sənətimizin ağsaqqalı idi. Sağlığında böyük bir məktəb yaradan insan idi. Böyük bir şəxsiyyət və ictimai xadim idi. Yəni Arif Babayev kimi insanlar bu dünyaya, bu sənətə yüz ildə bir dəfə gəlir. Həqiqətən xalqın sevdiyi bir sənətkar idi. Hamımızında ustadı idi, ağsaqqalımız idi. Elə axrıncı dəfə onu dünən ziyarət etdim və halallaşdım. Dünən hətda canlı efirdə də dedim ki, gəlin hamımız Arif müəllimə dua edək tezliklə sağalsın. Lakin olmadı Allahın bildiyi məsləhət bu imiş ki, onu bizdən aldı və haqqın dərgahına qovuşdurdu. Bir daha Arif müəllimə uca Allahdan rəhmət diləyirəm. Ustad sənətkarımızın məkanı cənnət olsun".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
sia.az

2Mənbələr