ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyası rəhbərinin “Pfizer” peyvəndi tədarükü ilə bağlı yazışmaları itib
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə “Pfizer” əczaçılıq şirkətinin rəhbəri arasında Avropa Məhkəməsindəki proseslər üçün əsas olan yazışmalar məhv edilib və ya itib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
“AK-nın jurnalistlərin yazışmaları dərc etmək xahişinə mənfi cavabı o deməkdir ki, həmin mesajlar əhəmiyyətsiz hesab edildikdən sonra məhv edib və ya itirib”, – məqalədə qeyd olunub.
Qeyd edək ki, Fon der Leyenə qarşı istintaq 2023-cü ildə başlayıb. AK rəhbəri korrupsiyada ittiham olunub. O Avropa İttifaqı (Aİ) üçün koronavirus peyvəndi almaq barədə “Pfizer” rəhbəri ilə şəxsi danışıqlar aparıb və sonra mesajları silib. May ayında Aİ Ədalət Məhkəməsi Leyeni milyardlarla avro dəyərində koronavirus vaksinlərinin alınması ilə bağlı məlumatı gizlətməkdə günahkar bilib.
Məhkəmənin qərarı Avropa Parlamentində AK rəhbərinin istefası ilə bağlı səsverməyə səbəb olub. Avropa Parlamentinin demək olar ki, üçdə biri - 553-dən 174-ü Leyenə etimadsızlıq səsverməsinə səs verib, lakin bu, onun vəzifəsindən uzaqlaşdırılması üçün kifayət etməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.