Ayna saytına istinadən ain.az xəbər verir.
Yeni tranş Argentinada milli valyutanın məzənnəsində eniş müşahidə olunduğu bir vaxtda təsdiq edilib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Genişləndirilmiş Fond Proqramı çərçivəsində Argentinaya 2 milyard dollarlıq yeni tranşın ayrılmasını təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BVF-nin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
"BVF-nin İcraiyyə Şurası Argentina üçün təxminən 2 milyard dollar ayırmağa imkan verən 48 aylıq Genişləndirilmiş Fond Proqramının ilk nəzərdən keçirilməsini başa çatdırıb", - bildirilib.
Fondun ekspertləri Argentina hökumətinin iqtisadiyyatın sabitləşdirilməsində əldə etdiyi uğurları qeyd ediblər, lakin etiraf ediblər ki, ölkə iyunun ortalarınadək beynəlxalq ehtiyatların toplanması ilə bağlı razılaşdırılmış proqramda nəzərdə tutulmuş məqsədlərə nail olmayıb.
Argentina hakimiyyəti 2025-ci ilin aprelində BVF ilə 20 milyard dollarlıq yeni proqram üzrə razılaşmanı elan edib. Ölkə dərhal 12 milyard dollarlıq ilk tranşı alıb. Argentina hökuməti iyun ayında növbəti 2 milyard dolların transferini gözləyirdi.
Yeni tranş Argentinada milli valyutanın məzənnəsində eniş müşahidə olunduğu bir vaxtda təsdiq edilib. Argentina pulu olan peso iyul ayında 12%-dən çox ucuzlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.