ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Birliyi diplomatiyasının keçmiş rəhbəri Josep Borrell hesab edir ki, Avropa İttifaqı İsrailə qarşı onun "Horizon Europe" tədqiqat proqramında iştirakını sadəcə dayandırmaqdan daha sərt tədbirləri nəzərdən keçirməlidir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "EUobserver"ə müsahibəsində deyib.
“Əgər bu, Avropa Komissiyasının (AK) İsrailin hərəkətlərinə verə biləcəyi yeganə cavabdırsa, bu, zarafatdır. Pis zarafat. Avropa İttifaqına üzv dövlətlər isə bunu təsdiq edə bilmədilər. Baş verənləri nəzərə alsaq, bunların hamısı bu qədərdirmi? Daha çox mühüm işlər görülə bilər”, - deyə o qeyd edib.
Borrelin sözlərinə görə, Avropa Komissiyası İsraillə ticarət sazişinin dayandırılmasını nəzərdən keçirməlidir. "Bir çox üzv dövlətlər sadəcə olaraq İsrailə qarşı sanksiyalar tətbiq etmək istəmirlər. Bu, reallıqdır", - deyə Aİ diplomatiyasının keçmiş rəhbəri əlavə edib.
İyulun 28-də Avropa Komissiyası İsrailin "Horizon Europe"da iştirakını dayandırmağı tövsiyə edib. AK bu qərarın əsası kimi İsrailin Qəzza zolağındakı hərəkətlərini göstərib və Brüsselin fikrincə, beynəlxalq hüquq və insan haqlarını pozur.
AK təklifində İsrailin hərbi əməliyyatı zamanı mülki əhali arasında itkilər və aclıq, eləcə də qida çatışmazlığından əziyyət çəkən insanların sayının artması qeyd edilir.
Mayın 18-də İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib.
Onun bəyan etdiyi məqsəd HƏMAS-ın son məğlubiyyəti və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatdan sonra ordu bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.