AZ

“Sabah” və “Araz-Naxçıvan”ın ilk oyunları onlara tapşırıldı

Azərbaycan klublarının Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunlarına təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Bakıda keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) oyununu Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Ondrey Berka olacaq. Ona yan xətt hakimləri İvo Nadvornik və Yan Vana kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ondrey Pekanek yerinə yetirəcək. VAR-da Tomas Kuçurek və Miroslav Zelinka olacaq.

Bolqarıstanda keçiriləcək “Levski” – “Sabah” görüşü isə Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Duy Strukan olacaq. Ona yan xətt hakimləri Alen Yaksiç və Maryan Tomas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebek və Ante Kulyak olacaq.

“Araz-Naxçıvan” “Omoniya” ilə ilk oyunu avqustun 5-də Bakıda keçirəcək. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

“Sabah” ilk “Levski” ilə ilk oyunu avqustun 5-də Bolqarıstanda keçirəcək. Görüşə saat 22:00-da start veriləcək.

Seçilən
53
futbolpress.az

1Mənbələr