AZ

Adil Kərimli: Arif Babayevin parlaq xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq 

Bu gün səhər saatlarında aldığımız xəbər hər birimizi kədərləndirdi. Görkəmli xanəndə, muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Arif Babayevin vəfatı musiqi ictimaiyyəti üçün böyük itkidir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, Arif Babayevin çoxşaxəli yaradıcılığı, milli musiqimizin zəngin irsinin qorunub yaşadılması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülüb: “Xarici ölkələrdən çoxsaylı başsağlığılar alırıq. Böyük xanəndə, təcrübəli pedaqoq, əsl sənətkar və gözəl insan Arif Babayevin parlaq xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaq”.

Seçilən
30
3
azerbaijan-news.az

4Mənbələr