AZ

Muğam sənəti yaşadıqca Arif Babayev məktəbi də yaşayacaq Adil Kərimli

ain.az bildirir, Modern.az portalına istinadən.

"Xəstəxanada Arif Babayevlə görüşəndə, onun gözündəki razılığı gördük”.

Modern.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Xalq artisti Arif Babayavlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində çıxışı zamanı deyib.

 “Arif Babayevlə bağlı minlərlə, milyonlarla insanın qəlbində xatirə var. Çünki o milyonlarln sevimlisi, milyonların sənətkarı idi”.

Nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nekroloq imzalanıb.

“Azərbaycan dövləti daim Arif Babayev şəxsiyyətinə və yaradıcılığına xüsusi diqqət göstərib. Ulu Öndər Heydər Əliyev görkəmli sənətkara qarşı xüsusi qayğı və ehtiram nümayiş etidirib. Prezindent İlham Əliyev və Mehriban Əliyeva da böyük sənətkarın sənətini yüksək qiymətləndirmişdir”.

“Heydər Əliyev Fondu Xalq artisti Arif Babayevin səhhətində yaranan problemdən dərhal sonra məsələni nəzarətə götürdü” - deyə o qeyd edib.

A.Kərimli bildirib ki, Arif Babayev üçün həkimlərimiz əllərindən gələn bütün imkanları səfərbər etmişdilər.

Adil Kərimli qeyd edib ki, Azərbaycan böyük oğlunu, böyük bir sənətkarını itirib.

“Azərbaycan muğam sənəti yaşadıqca Arif Babayev sənəti də, məktəbi də yaşayacaq. Biz fəxr edirik ki, belə sənətkarlarımız var”- deyə nazir çıxışının sonunda bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
modern.az

2Mənbələr