ain.az, Olke.az portalına istinadən məlumat verir.
Ermənistan hakimiyyəti daxilində qeyri-müəyyənlik hökm sürməkdədir.
Ölkə.az “Joxovurd" nəşrinə istinadən xəbər verir ki, hökumət daxilində vəziyyət hazırda qeyri-müəyyəndir. “Məsələ burasındadır ki, son günlər Nikol Paşinyan “yoxa çıxıb”. O, heç bir yazı və ya status dərc etmir, kilsə prosesləri ilə bağlı planlarına aydınlıq gətirmir və konkret addımlar atmağa nə vaxt başlayacağı bəlli deyil. Ümumiyyətlə, kilsəyə qarşı mübarizə davam edəcəkmi? Demək olar ki, hakim komanda daxilində situasiya aydın deyil. Hər kəs nəyi və nə vaxt gözlədiyini düşünür",- “Joxovurd” yazır.
Nəşr həmçinin yazır ki, Paşinaynın “yoxa çıxması” fonunda hakim komanda illərdir prezident iqamətgahını tərk etməyən, bir neçə gündür Sünikin (Zəngəzurun) müxtəlif kəndlərini gəzən prezident Vaaqn Xaçaturyanın gözlənilməz görüşləri və verdiyi qəribə bəyanatlar qızğın müzakirə olunur. “Hakimiyyət daxilində əvvəlcə prezidentin nə üçün “önə çıxması”, daha sonra Nikol Paşinyanın niyə “yoxa çıxması” ilə bağlı qızğın müzakirələr başlayıb”, - nəşr yazıb.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.