AZ

“Arif Babayev Azərbaycan musiqisinin sütunlarından biri idi” Nazirin müşaviri

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

"Arif Babayevin itkisini çox ağır şəkildə hiss etdik. O, təkcə görkəmli xanəndə yox, həm də Azərbaycan musiqisinin sütunlarından biri idi. Arif müəllim muğam sənətini yaşadan, onu gələcək nəsillərə ötürən böyük sənətkar idi”.

Bu sözləri RTV-yə açıqlamasında Mədəniyyət Nazirinin müşaviri, yazıçı-jurnalist Orxan Fikrətoğlu bildirib. O qeyd edib ki, Arif Babayevin Azərbaycan musiqi mədəniyyətindəki rolu misilsizdir:

“Arif müəllim təkcə səhnədə deyil, həm də pedaqoji fəaliyyətində böyük iz qoyub. Onun yetirmələri bu gün ölkəmizi müxtəlif beynəlxalq səviyyələrdə təmsil edir. O, muğamı yalnız ifa etmədi, həm də onu dərindən başa saldı, təhlil etdi, yaşatdı”.

Orxan Fikrətoğlu onu da vurğulayıb ki, Arif Babayevin sənəti və irsi gələcək nəsillər üçün örnək olaraq qalacaq:

“Gənc nəsil Arif Babayevin sənətini gözəl şəkildə cəmiyyətə çatdıracaq. Onun yaratdığı məktəb yaşayacaq və muğam sənətimiz onun adı ilə hər zaman bağlı qalacaq”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
news24.az

2Mənbələr