AZ

Berlindən Moskvanı narahat edən xəbər: 2 3 aya...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Almaniya Ukraynanı əlavə Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Berlin yaxın günlərdə Kiyevə əlavə “Patriot” buraxılış sistemləri, ardınca isə iki-üç ay ərzində əlavə sistem komponentləri tədarük edəcək”, – nəşr yazıb.

Agentlik bildirib ki, bunun müqabilində Berlin ABŞ-dan yeni “Patriot” sistemlərini alacaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 2023-cü ilin fevralından Ukraynaya verilən Patriot hava hücumundan müdafiə sistemlərinin texniki dəstəyinə 51,6 milyon dollar ayırıb.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp Kiyevi yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyinə söz verib.

Ağ Evin rəhbəri Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı (Aİ) onların dəyərini ABŞ-a ödəyəcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
globalinfo.az

1Mənbələr