AZ

Hacıqabulda təcili yardım maşını qəzaya uğradı: 1 ölü, 2 yaralı

Doğru.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

Təcili tibbi yardım maşını dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində Rəsul Mərdan oğlu Qurbanlı hadisə yerində həyatını itirib.

Maşını idarə edən Namiq Həmzəyev və avtomobildə olan həkim Əliağa Quliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər iki yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların Füzuli rayon sakinləri olduğu bildirilir.

Qurbanlının meyiti ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
34
dogru.az

1Mənbələr