AZ

Rusiyanın Cənubi Qafqazda “parçala, hökm sür” siyasəti sona çatır

Rusiyanın Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan da öz orbitindən uzaqlaşır. O qədər də etibar olunası şəxs olmayan, situativ siyasətçi Ermənistanın baş naziri N.Paşinyan dərk edir ki, öz ölkəsinin inkişafı yalnız Azərbaycanla və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Cənubi Qafqazı itirmək qorxusu isə Şimal qonşumuzu təşvişə salıb.

Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gündə Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün ən qəddar addımlar atır. Amma xalqları, millətləri əzib bir tavan altında bundan sonra saxlamaq mümkünsüzdür. Anti-Azərbaycan ritorikasını genişləndirir, postsovet məkanında bütün təzyiq rıçaqlarını işə salır. Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki, bütün bunlar əbəsdir. Artıq Rusiyanın imperiya qatarının relsləri sökülməkdə davam edir. Böyük ehtimalla hazırda dünyanın Rusiyanı parçalamaq, orada müxtəlif dövlətlər yaratmaq planı yoxdur. Bu ölkəni tamamilə gücdən salmaq, dişsiz, taqətsiz dövlətə çevirmək tendensiyası davam edir. Təbii ki, gələcəkdə bütün təhlükəli məqamlar nəzərə alınaraq Rusiyanın parçalanması və orada müxtəlif dövlətlərin yaranması ehtimalı var.

Məlum məsələdir ki, Rusiya ərazisində olan bütün muxtar respublikarın o cümlədən nəhəng Tatarısanın hüquqları məhdudlaşdırılıb. Hətta Tatarısatında prezidentlik institutunu ləgv edərək adı çəkilən muxtar respublikanın rəhbərini rəis adlandırıblar. Dünyanın geosiyasi, geoiqtisadi maraqları isə başqa məqamları diktə edir. Rusiyada yaşayan xalqlar, mövcud olan Muxtar Respublikar gələcəkdə yaranmış tarixi şəraitdən istifadə edib öz azadlıqlarını müəyyən edəcəyi şübhəsizdir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur.

 

 

Əkrəm Bəydəmirli

Seçilən
12
qht.az

1Mənbələr