Konfrans Liqasının III təsnifat mərhələsində oynanılacaq "Araz-Naxçıvan" - "Omoniya" matçının hakimləri məlum olub.
Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi çexiyalı FIFA referisi Ondrey Berka olacaq.
Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 7-də "Dalğa Arena"da baş tutacaq. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək.