"Tələbələr olaraq biz müəllimimiz itirdik".
Bunu BAKU.WS-ə açıqlamasında xanəndə Firuz Səxavət deyib.
O bildirib ki, milli müsiqimiz, muğamımız nə qədər var Arif Babayev yaşayacaqdır:
"Allah ona qəni-qəni rəhmət eləsin. Biz hər zaman onunla məsləhətləşərdik. Onunla axırıncı dəfə keçən həftə görüşmüşdük"
Qeyd edək ki, 87 yaşlı Arif Babayev bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.
Şəhanə Xankişiyeva