"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, ilk matç səfərdə, avqustun 7-də baş tutacaq. Bu görüşü xorvatiyalı Duye Strakan idarə edəcək.
Ona Alen Yakşiç və Maryan Tomas yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək. VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak əyləşəcək.
Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra Bakıda oynanılacaq.