AZ

İlkin Qırtımov “Kəpəz”i tərk etdi

2025/2026-cı illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” daha bir futbolçusu – İlkin Qırtımov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub Qırtımova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, ötən mövsüm Gəncə təmsilçisinə qoşulmuş İlkin Qırtımov 17 çempionat matçında meydana çıxıb. Onun “Kəpəz” karyerası bütövlükdə 18 oyundan ibarətdir. 34 yaşlı müdafiəçi “Şamaxı”, “Simurq”, “Qəbələ”, “Zirə” və “Neftçi” kimi klubların da şərəfini qoruyub. İlkin Azərbaycan milli komandasında da 5 oyun keçirib.

“Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev və Şervoni Mabatşoevlə də yollarını ayırıb. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə yeni müqavilə bağlamış Gəncə klubu Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa və Fərid Nəbiyevi də heyətinə qatıb.

Seçilən
24
arena.az

1Mənbələr