AZ

İrəvanlı jurnalistin açıqlaması ortalığı qarışdırdı

Ermənistan İTV-nin əsas aparıcı jurnalistlərindən biri olan Petros Qazaryanın yazdığı status bu ölkənin ictimai-siyasi sektorunda “zəlzələ”yə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, Ermənistanda baş nazirdən tutmuş, aparıcı siyasətçilərin hamısından müsahibə almış Qazaryan Azərbaycan və Türkiyə ilə dost olmaqdan başqa yollarının olmadığını deyib.

O “X” platformasındakı hesabında yazıb ki, ortaq maraqlar var və onu reallaşdırmaq lazımdır. “Bizim və türklərin bütün həmrəyliyimiz və birgə səylərimizlə qoruya biləcəyimiz ortaq maraqlarımız var”.

Ermənistan müxalifəti Qazaryanın bu açıqlamasını “satqınlıq”, “türkə boyun əymək” kimi təqdim edib.

Fərda Uğur

Seçilən
16
1
tribunainfo.az

2Mənbələr