AZ

Binəqədi sakinləri küçənin qaranlıq olmasından ŞİKAYƏTÇİDİRLƏR

Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin işıqsız olması sakinlər arasında narazılıq yaradıb.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a daxil olan müraciətdə bildirilib ki, küçədə işıq dirəkləri mövcud olsa da, küçə gecə saatlarında tamamilə qaranlıq olur.

"Yayın istisində küçəyə çıxıb gəzmək, təmiz hava almaq istəyirik. Lakin qaranlıq səbəbindən ayağımızın altını belə görmək olmur. Şəhərin içində bu qədər zülmət qaranlığa qərq olan küçə niyə kimsənin diqqətini çəkmir?" - deyə müraciətdə qeyd olunub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, işıqlandırma sistemində yaranan problem bir neçə il əvvəl sahibkar tərəfindən mərkəzləşdirilməmiş elektrik şəbəkəsi üzərində qurulan dirəklərlə bağlıdır.

"Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür və yaxın zamanda işıqlandırma məsələsi tam həll ediləcək", - deyə verilən məlumatda vurğulanıb.




Xəbər 1 dəfə oxunub.
Seçilən
14
xezernews.az

1Mənbələr