ABŞ prezidenti Donald Tramp Kanadaya tətbiq edilən tarifləri 25 faizdən 35 faizə qaldırıb. Ağ Evin açıqlamasında deyilir ki, "bu gün Prezident Donald Tramp Kanadaya tarifin 25 faizdən 35 faizə yüksəldilməsi haqqında sərəncam imzalayıb. Bu yüksək tarif 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək".
Ağ Evin açıqlamasında qeyd olunur ki, Trampın hərəkətləri Kanadanın “davamlı fentanil axınının qarşısını almaqda əməkdaşlıq etməməsinə” və “prezidentin bu qeyri-adi və ekstraordinar təhlükəni aradan qaldırmaq üçün atdığı addımlarına” görə ABŞ-dan qisas almmasına cavabdır.
Mətləb