AZ

Kamboca Tailandla münaqişənin həllinə görə Trampı Nobel Sülh Mükafatına namizəd göstərir

Kamboca, Tailandla münaqişənin həllində göstərdiyi yardıma görə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə hazırlaşır.

Operativ Media xəbər verir ki, bunu Kamboca baş nazirinin müavini Sun Chantol “Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.

“Tramp təkcə Kambocada deyil, digər regionlarda da gördüyü işlərə görə Nobel mükafatı almalıdır”, – deyə o qeyd edib.

Chantol vurğulayıb ki, Trampın iştirakı olmasaydı, ölkələrə münaqişəyə son qoymaq çətin olardı.

İyulun 24-nə keçən gecə mübahisəli ərazidə iki ölkənin quru qoşunları arasında atışma baş verib. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib və ardınca ölkənin hərbi hava qüvvələri Kamboca ərazisindəki hədəflərə zərbələr endirib.

İyulun 26-da Tramp Tailand və Kamboca arasındakı münaqişənin həllinə yardım göstərdiyinə eyham vurub. Tailand hakimiyyət orqanları əgər qarşı tərəf buna səmimi istək nümayiş etdirərsə, sülh sazişi imzalamağa hazır olduqlarını bəyan ediblər. İyulun 29-da gecə yarısı Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib.

Seçilən
12
operativmedia.az

1Mənbələr