AZ

AFFA-nın sabiq mətbuat katibi: "Anlayırdım ki, nüfuzumdan xərcləməli olacağam"

AFFA-nın

Bir neçə gün əvvəl vəzifəsindən azad olunan AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

Reyting.az
 xəbər verir ki, o, AFFA-dan gedişini belə izah edib:  “Düz iki il əvvəl, bu gün – AFFA-nın qarışıq dövründə Mətbuat Xidmətinin rəhbəri olmağa razılıq verərkən, hansı riskə getdiyimi yaxşı bilirdim. Lakin düşünürdüm ki, addım-addım AFFA ilə mətbuat arasında o qədər də yaxşı olmayan münasibətləri yoluna qoymaq olar.

Bir tərəfdən də anlayırdım ki, bunun üçün reputasiyamdan, nüfuzumdan xərcləməli olacağam. Ancaq həmin dövrdə hər şeyin dəyişəcəyinə, yaxşı olacağına bir inam var idi... Bu, elə bir dövr idi ki, Premyer Liqada idman prinsiplərinə əməl olunmağa başlanmışdı, II Liqa yaradılmışdı, hətta kuluarlarda milli komandanın baş məşqçisinin yerli ola biləcəyi ilə bağlı söhbətlər dolaşırdı. Həqiqətən də həmin vaxt əksər insanlarda bir inam yaranmışdı...

Əgər az da olsa, AFFA ilə mətbuat arasında münasibətlərin yaxşılaşmasında bir payım oldusa, türklər demişkən - nə mutlu mənə. Bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Məncə, ən kritik dönəmlərdə belə bir-birimizi başa düşdük. Əsas odur ki, bundan sonra da bir-birimizin üzünə dik baxa biləcəyik.Həyat davam edir. Şübhəsiz ki, hər şey daha yaxşı olacaq. Yenidən görüşəcəyik”.

Xatırladaq ki, avqustun 1-dən AFFA-nın mətbuat katibi postuna  Murad Axundov gətirilib.
Seçilən
43
6
reyting.az

10Mənbələr