AZ

Konfrans Liqası: "Araz-Naxçıvan"ın "Omoniya" ilə oyunlarının saatı bəlli oldu

BAKI, 1 avqust. TELEQRAF

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

Teleqraf xəbər verir ki, avqustun 7-də keçiriləcək ilk matç saat 20:00-da start götürəcək.

Oyun Bakıdakı "Dalğa Arena"da baş tutacaq.

Bu komandaların bir həftə sonra – avqustun 14-də Nikosiya şəhərində keçiriləcək qarşılaşması isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr