AZ

Yevlaxda aclıqdan ölən əlil qızın ailəsi 850 manat müavinət alıb – RƏSMİ

Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyəyə ehtiyacı olan ailə olduğuna görə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi.

KONKRET.az bildirir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF-nin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Yevlaxda I qrup əlil Bayramova Səbinə Məhəbbət qızının evdə 3 gün tək qalaraq aclıqdan ölməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, S.Bayramovaya 1-ci qrup əlilliyə görə hər ay 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi:

“Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd verilirdi. Bununla yanaşı Məhəbbət Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.

Qeyd edək ki, iyulun 31-də Yevlax rayonunun Aran qəsəbəsində 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov və onun 2002-ci ildə anadan olmuş qızı Səbinə Bayramovanın meyitləri tapılıb. Məlumata görə, M.Bayramov üç gün öncə ölüb. Onun I qrup əlil qızı isə evdə tək və köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib.

Seçilən
12
5
konkret.az

6Mənbələr