AZ

Tramp Aİ-nin ABŞ-dan 1 trilyon dollar dəyərində enerji almasını istəyir

ABŞ prezidenti Donald Tramp əvvəlcə Avropa İttifaqından ABŞ-dan 1 trilyon dollar dəyərində enerji almasını tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

“Rəsmiyə görə, Tramp hətta əvvəlcə Avropa Komissiyasının sədri Ursula fon der Leyendən hakimiyyətdə olduğu müddətdə ABŞ-dan enerji alışı üçün 1 trilyon dollar ayırmağı tələb edib", deyə qəzet yazır.

İyulun 27-də Tramp Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Şotlandiyada keçirdiyi görüşdə Vaşinqton və Brüsselin ticarət sazişi ilə bağlı razılığa gəldiyini bildirib. O qeyd edib ki, bu, çox sayda ölkə ilə böyük bir müqavilədir. Amerika liderinin sözlərinə görə, onlar ABŞ-la sıfır tarif dərəcəsi ilə ticarət üçün öz bazarlarını açacaqlar.

Ağ Ev rəhbəri həmçinin bildirib ki, Aİ ABŞ-dan enerji resurslarını 750 milyard dollara alacaq və Amerika iqtisadiyyatına daha 600 milyard dollar sərmayə qoyacaq.

Samir


 

Seçilən
3
hit.az

1Mənbələr