AZ

"Böyük sənətkarımızı itirmişik" - Nəzakət Teymurova

“Azərbaycan xalqına başsağlığı verirəm. Böyük sənətkarımızı itirmişik. Arif müəllimin muğam sənətində çox böyük rolu var”.

Bu fikirləri RTV-yə açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. O, Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Arif Babayevin vəfatının xalq musiqisi üçün ağır itki olduğunu bildirib.

Nəzakət Teymurova qeyd edib ki, Arif Babayev təkcə böyük sənətkar deyil, həm də əsl müəllim idi:

“Onun yetirmələri bu gün həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda Azərbaycan muğamını təmsil edir. Arif müəllim öz səsi, ifa tərzi, səhnə mədəniyyəti ilə nəsillər yetişdirib. Onun sənəti tükənməz bir irsdir. Azərbaycan xalqı və muğam cameəsi üçün bu, həqiqətən çox çətin bir itkidir”.

Xalq artisti bildirib ki, Arif Babayev kimi sənətkarların xatirəsi heç vaxt unudulmur və onun muğam sənətindəki rolu daim ehtiramla anılacaq.

Aqil Qarayev

Seçilən
78
1
news24.az

2Mənbələr