AZ

"Zəfər Parkı" və "Port Baku" yaxınlığında yeni lüks "Avenue 8" layihəsinə START

Yazını böyüt
Yazını kiçilt

İyulun 22-də, Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəs gətirəcək "Avenue 8" premium yaşayış layihəsinin rəsmi təqdimat mərasimi "JW Marriott" hotelində baş tutub. Tədbirdə media nümayəndələri, sənaye ekspertləri, biznes tərəfdaşları ilə yanaşı, yerli və xarici qonaqlar da iştirak ediblər.

Bakı buxtasına panoramik mənzərəsi olan, "Port Baku Walk" və "Zəfər Parkı" ilə əhatələnmiş "Avenue 8" təkcə yaşayış məkanı deyil, paytaxtın yeni urban simvolu kimi mövqeyini gücləndirməyə iddialıdır.

Layihə "Avant Group" və "Moonwake Investment" tərəfindən həyata keçirilir. "PAŞA Bank" isə layihənin rəsmi maliyyə tərəfdaşıdır.

2010-cu ildən fəaliyyət göstərən və bu günə qədər 1.1 milyon kvadratmetrdən artıq tikinti portfelinə sahib olan "Avant Group" son illərdə Gürcüstan və Özbəkistan bazarlarında da fəallığını artırır.

"Avenue 8" - bu, sadəcə yaşayış binaları deyil, bu, şəhərin ruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bu memarlıq incisi Bakının estetik ruhunu təcəssüm etdirir", - "Avant Group"un direktorlar şurasının sədri Əli Hüseynov çıxışında bildirib.

Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətin biznesin inkişafı və marketinq direktoru Rüfət Abdullayev qeyd edib ki, "Avenue 8"in mənzilləri 4.5 metrlik tavan hündürlüyünə malik olacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və "co-working" zonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək:

"Binanın 30-cu mərtəbəsində "Sky Lounge" və "Rooftop Pool" zonaları, 25 metrlik qapalı hovuz, eləcə də spa, fitnes və padel kortları rezidentlərə tam fərqli bir həyat tərzi vəd edir".

Əlavə olaraq, layihənin qarşısında 5 000 kvadratmetrlik yaşıllıq və ictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətə açılan nadir bir məkana çevriləcək.

Tədbir çərçivəsində "PAŞA Bank" və "Avant Group" arasında strateji əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu da imzalanıb. "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bu tərəfdaşlığın hər iki tərəf üçün dəyər yaradacağını və sektorun daha geniş inkişafında rol oynayacağını vurğulayıb:

"Layihə şəhərsalma inkişafına düşünülmüş yanaşması və dayanıqlı inkişaf prinsiplərinə diqqəti ilə seçilir. Bu, məhz bizim dəyərləndirdiyimiz tərəfdaşlıq növüdür".

https://maps.app.goo.gl/7dfR7CwAgAe6iQpK9

Əlavə məlumat üçün:

 
Seçilən
32
4
hafta.az

5Mənbələr