Müğənni Gülay Zeynallı sosial şəbəkədə mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.
Far.Az xəbər verir ki, o şəxsi instaqram hesabında sənətkarla son görüşlərindən birində çəkilən fotonu paylaşaraq onun vəfatına görə kədərlənditini qeyd edib:
"Mənim ustad müəllimim Allah sizə rəhmət etsin! Sizin üçün çox darıxacam. Sənət tərbiyəmi siz verdiniz. Xeyir-duamı siz verdiniz. Ustad, yeriniz cənnət olsun!".
Xatırladaq ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib. O Fəxri Xiyabanda dəfn olunacaq.