AZ

Azərbaycan futbolunda hələ Mikels kimisi olmamışdı

"Sabah"In hücumçusu Coy Lens Mikels Azərbaycan futbolunun tarixinə düşüb.

Fanat.Az-ın araşdırmalamalarına görə, 31 yaşlı almaniyalı hücumçu cari avrokubok mövsümündə ikinci dəfə het-trikə imza atıb.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın “Selye” ilə Sloveniyadakı cavab görüşündə 3 qol vuran forvard Konfrans Liqasının 2-ci mərhələsində "Petrokub" (Moldova) ilə cavab qarşılaşmasında da eyni uğuru təkrarlayıb. 

Beləliklə, Mikels nəinki bir tsikldə 2 het-trik müəllifi olmaqla, avrokubok tarixində eyni uğura iki dəfə imza atan ilk futbolçumuz kimi tarixə düşüb.

Mikelsə qədər Azərbaycan klublarının heyətində avrokuboklarda 4 futbolçu het-trik edə bilib. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. 

2000/2001, Çempionlar Liqası

Badri Kvaratsxeliya – “Şəmkir” – “Skonto” (Latviya) 4:1 (əlavə vaxtda)

2014/2015, Avropa Liqası

Ernest Nfor – “Çixura” (Gürcüstan) – “Neftçi” 2:3

2015/2016, Avropa Liqası

Teo Uiks – “Qəbələ” – “Samtredia” (Gürcüstan) 5:1

2024/2025, Çempionlar Liqası

Olavio Juninyo – “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) 5:0

2025/2026, Avropa Liqası

Coy Lens Mikels – “Selye” (Sloveniya) – “Sabah” 3:3 (əlavə vaxtda)

2025/2026, Konfrans Liqası

Coy Lens Mikels – “Sabah” - Petrokub (Moldova) 4:1 
 

Seçilən
20
2
fanat.az

3Mənbələr