Xəbər verdiyimiz kimi, Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev bu gün 87 yaşında vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, bu məqamda mərhum xanəndənin həmyerlisi, tanınmış şair Qulu Ağsəs sosial şəbəkə hesabında Arif Babayevlə bağlı paylaşım edib.
“Ötən ilin sonu onunla evində “Ayrı söhbət” elədik. Yaşamaq, oxumaq istəyirdi. Əmin olsun, innən belə də yaşayacaq, oxuyacaq”, - deyə Qulu Ağsəs yazıb.
Şairin mərhum Xalq artisti ilə sonuncu müsahibəsini təqdim edirik: