AZ

QHT regionda ictimai dinləmələr həyata keçirir - FOTOLAR

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi regionda ictimai dinləmələr həyata keçirir.

QHT.az xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il iyunun 31-də Xaçmaz rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirmə tədbiri həyata keçirdi. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məsimova Yaqut, rayonun  təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və ictimaiyyətin digər nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi İbrahim Əhmədov mövzu ətrafında çıxış edərək iştirakçılara problem, onunla mübarizə üsulları və bu sahədə dövlətin gördüyü işlər barəsində geniş məlumat vermişdir. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 30 nəfər iştirak etmişdir.

Təkliflər

Uşaq əməyinin istisamrının qarşısının alınması məqsədi ilə azyaşlıların əməyə cəlb olunduğu iş yerlərində xüsusi nişanların, uşaqlar üçün xüsusi geyim formaların olmasını təklif kimi irəli sürdülər.

Digər müzakirə olunan problemlər üzrədə müvafiq təklif və tövsiyyələr səsləndirildi.

Seçilən
34
7
qht.az

10Mənbələr