AZ

Qərb İrana Qarşı İttihamlarla Qəzza Soyqırımını Ört-Basdır Edir - Tehran

BAKI, TurkicWorld, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi ABŞ, Fransa və digər Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü son ittihamları kəskin şəkildə rədd edib.

TurkicWorld xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqai bu bəyanatları “əsassız və gülünc” adlandıraraq, Qəzzada davam edən soyqırımın üstünü örtmək məqsədi daşıdığını bildirib.

Bəqai, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Kanada da daxil olmaqla 14 ölkənin birgə yaydığı bəyanata cavab verib. Sözügedən bəyanatda İran sui-qəsd cəhdləri və Avropa ilə Şimali Amerikada yaşayan şəxslərə qarşı təhdid kampaniyaları təşkil etməkdə ittiham olunurdu.

İran rəsmisi bu ittihamları qətiyyətlə təkzib edərək qeyd edib ki, bu ölkələrin bəziləri İrana qarşı düşmənçilik fəaliyyəti göstərən terrorçu qrupları dəstəkləyir və onlara sığınacaq verir.

Bəqai həmçinin iyun ayında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumu xatırladaraq, bəyanat müəlliflərini beynəlxalq hüququ pozmaqda ittiham edib.

“Bu cür ittihamlar saxtakarlığa əsaslanır və İranofobiyanı dərinləşdirmək məqsədi daşıyan siyasi kampaniyanın bir hissəsidir. Onlar eyni zamanda BMT Nizamnaməsinin prinsiplərini və beynəlxalq hüququ pozur” – deyə Bəqai vurğulayıb.

Seçilən
14
turkic.world

1Mənbələr