AZ

Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kamboca Tailandla münaqişənin həllinə görə Trampı Nobel mükafatına namizəd göstərməyi planlaşdırır.

Bakıvaxtı.az "Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə Kamboca baş nazirinin müavini Sun Çantol açıqlama verib.

Onun sözlərinə görə, Trampın iştirakı olmasaydı, ölkələrin münaqişəyə son qoyması çətin olardı:

"ABŞ Prezidenti Donald Tramp təkcə Kambocada deyil, digər regionlarda da gördüyü işlərə görə Nobel mükafatı almalıdır".

Qeyd edək ki, iyulun 24-nə keçən gecə mübahisəli ərazidə iki ölkənin quru qoşunları arasında atışma başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib və daha sonra ölkənin Hərbi Hava Qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib. İyulun 29-da Tailand və Kamboca hərbçiləri davam edən silahlı qarşıdurma fonunda sərhədə əlavə qoşun yerləşdirməmək barədə razılığa gəliblər.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
bakivaxti.az

2Mənbələr