AZ

“O, qızıl oğlandır, gec-tez “qızıl top”u qazanacaq”

“Əl-Duhail”in yarımmüdafiəçisi Marko Verratti “Real”ın hücumçusu Kilian Mbappenin “qızıl top”u qazanmağa qadir olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu, PSJ-dən keçmiş komanda yoldaşı, hazırda “Santos”da çıxış edən hücumçu Neymar haqda da danışıb:

“Neymar qızıl oğlandır, səxavətli, təvazökardır, sevdiklərinə hər şeyi verir. Biz hələ də əlaqə saxlayırıq.

Kilian Mbappe də qələbələrə acdır, rəqabətlidir və mən əminəm ki, gec-tez “qızıl top”u qazanacaq”.

Seçilən
32
sportinfo.az

1Mənbələr