Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Aralarında davam edən münaqişə və gərginliyə baxmayaraq, amerikalı milyarder iş adamı İlon Maskın iyun ayında ABŞ prezidenti Donald Tramp və respublikaçılara 15 milyon dollar verdiyi məlum olub.Reyting.az “Politico” nəşrinə istinadla bildirir ki, bu barədə Federal Seçki Komissiyasının məlumatlarında qeyd edilib.Bununla da, Mask dəfələrlə açıq şəkildə qarşı durduğu Trampı dəstəkləməyə davam edir. Sənədlər göstərir ki, Mask iyun ayında Trampın MAGA kampaniyasına 5 milyon dollar verib.Mask, həmçinin iyunun 27-də Respublikaçı Konqres Liderlik Fonduna və Senatın Liderlik Fonduna - hər birinə 5 milyon dollar köçürüb.Xəbərdə sözügedən təşkilatların respublikaçıların konqresdəki təsirində və Trampın siyasi əməliyyatlarında əhəmiyyətli rol oynadığına diqqət çəkilib. Həmçinin qeyd edilib ki, Mask bu ianələrdən cəmi bir həftə sonra öz siyasi partiyasını quracağını açıqlayıb.Xatırladaq ki, ABŞ prezidenti Tramp və iş adamı Mask arasında çox yaxşı münasibətlər olsa da, sonradan bu münasibətlər pisləşib. Buna səbəb milyarder iş adamının vergilərin azaldılması haqda qanun layihəsini sərt tənqid etməsidir.V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.