AZ

Büdcələr yenə uyğun deyil “Araz Naxçıvan” daha bir sürprizə imza ata biləcək?

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz Naxçıvan” dünən Yunanıstanın “Aris” klubunu Konfrans Liqasından kənarlaşdırdı. Təmsilçimiz rəqibinə evdə 2:1 hesabı ilə qalib gəlib, səfərdə də heç-heçə edərək, növbəti tura yüksəldi. 

Naxçıvan təmsilçisi ilə Yunanıstan klubu arasında kifayət qədər böyük fərq var idi. Büdcə baxınından “Aris” Azərbaycan klubundan xeyli öndə idi.

Nüfuzlu “Transfermarkt” saytı rəqibin ümumi dəyərini 42.10 milyon avro göstərirdisə, “Araz Naxçıvan”da bu rəqəm 8.63 milyon idi. Ancaq buna rəğmən, komandamız adını növbəti tura yazdıra bildi.

Naxçıvan təmsilçisi Konfrans Liqası III turunda Kiprin “Omoniya” kolleltivi ilə üz-üzə gələcək. Bu səfər də rəqibin heyət dəyəri bizdən üstün görünür. Düzdür, Nikosiya klubu “Aris” qədər bahalı komanda deyil. Ancaq 14.3 milyonluq qiymətlə “Araz Naxçıvan”ı üstələyir. 

Kipr klubunun ən dəyərli futbolçuları Mateo Mariçlə Marisu Stepinskidir. Hər iki futbolçunun da dəyəri 1.3 milyondur. 

Naxçıvan klubunun ən dəyərli oyunçusu isə hücumçu Felipe Santosdur. Brazilyalı futbolçunun dəyəri 900 min avro göstərilir. 

Xatırladaq ki, “Omoniya” KL-nin ikinci turunda Gürcüstanın “Torpedo” klubunu iki oyunda da məğlub edib (1:0, 4:0). 

“Araz Naxçıvan”la “Omoniya” arasında ilk görüş ayın 7-də Bakıda, cavab qarşılaşması isə 14-də Kiprdə keçiriləcək. 

İdmanxeber.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
idmanxeber.az

2Mənbələr